Topaz Premyer Liqasının VIII turunun "Sumqayıt" - "Neftçi" (0:1) oyunundan sonra qonaqların baş məşqçisi Arif Əsədov qarşılaşma barədə fikirlərini bildirib. O, "Sumqayıt"la oyuna ciddi hazırlaşdıqlarını qeyd edib: "Oyundan öncə futbolçularla söhbət etmişdik. Matça yaxşı köklənməli idik. Çünki "Sumqayıt" ötən il "Neftçi"dən xeyli xal almışdı. Futbolçulara bildirmişdim ki, rəqibi saymaq lazımdır. "Sumqayıt" ikinci hissədə təzyiqi artırdı. Amma biz dəyişikliklər edib, matçı yenə nəzarətə götürdük.
Flavinyo zədədən yeni qayıdıb. Biz oyundan öncə də bilirdik ki, Flavinyo ancaq bir hissə oynayacaq. Araz Abdullayevin əvəzlənməsinə etiraz etməsinə gəlincə, futbolda belə hallar olur. Amma biz məsələ ilə bağlı ciddi tədbir görəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB