Qəbələdə güləş yarışının finalçıları bəlli oldu

Qəbələdə güləş yarışının finalçıları bəlli oldu

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə idman məktəblərinin VII Respublika Oyunlarının proqramına uyğun olaraq Qəbələ Olimpiya İdman Kompleksində keçirilən sərbəst güləş üzrə zona yarışı başa çatıb. On birincilikdə 15 rayonun güləşçiləri öz qüvvə və bacarıqlarını nümayiş etdiriblər.

Respublikada sərbəst güləşin inkişaf etdirilməsi, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsində idmanın rolunun artırılması, həmçinin idmançıların ustalıqlarının təkmilləşdirilməsi, idman məktəblərinin fəaliyyətinə baxış keçirilməsi, yığma komandalara namizədlərin hazırlanması məqsədilə keçirilən zona birinciliyində 15 şəhər və rayondan 2002-2003–cü illər təvəllüdlü 140 yeniyetmə güləşçi 14 çəki dərəcəsi üzrə mükafat uğrunda mübarizə aparıb.

Hər çəki dərəcəsi üzrə I və II yerləri tutan güləşçilər yarışların Balakən rayonunda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə