Daşkənddə cüdo üzrə Qran-pri turniri başlayıb

Daşkənddə cüdo üzrə Qran-pri turniri başlayıb

Oktyabrın 16-da Daşkənddə cüdo üzrə Qran-pri turniri başlayıb. 45 ölkədən 316 idmançının mübarizə aparacağı turnirdə Azərbaycanı Mahir Cəfərli (66 kq) təmsil edəcək.

Artıq turnirin püşkü atılıb. Mübarizəyə səkkizdəbir final mərhələsindən başlayacaq M.Cəfərli rusiyalı Denis Lavrentiyev ilə qarşılaşacaq. İdmançımız görüşlərini oktyabrın 17-də keçirəcək.

Turnirə oktyabrın 18-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə