Jaba "Bakı" ilə rəsmi müqaviləyə imza atıb

Jaba "Bakı" ilə rəsmi müqaviləyə imza atıb

Yenidən "Bakı" klubuna qayıdan braziliyalı futbolçu Jaba klub prezidenti Hafiz Məmmədovla görüşərək, 1 illik rəsmi müqaviləyə imza atıb. SİA-nın məlumatına görə, klubun rəsmi saytının yaydığı xəbərdə bildirilir ki, görüş zamanı H. Məmmədov yenidən Jabanı "Bakı"da görməkdən məmnun olduğunu qeyd edib. Klub prezidenti vurğulayıb ki, Jaba "Bakı" üçün çox vacib oyunçudur. Onun sözlərinə görə, gənc futbolçular Jabadan çox şey öyrənə bilərlər.

Öz növbəsində Jaba da göstərilən etimada görə H. Məmmədova minnətdarlıq edib. Yenidən "Bakı"ya qoşulduğu üçün xoşbəxt olduğunu qeyd edən forvard, klub üçün öz təcrübə və bacarığını əsirgməyəcəyini bildirib. Sonda isə Jaba əlavə edib ki, burada özünü əla hiss edir: "Yenidən öz evimə qayıtmışam. "Bakı" buradan getdiyim vaxtlarda da həmişə ürəyimdə olub. Çox sevinirəm ki, yenidən buradayam. Klub rəhbərliyinin mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə