Braziliya millisinin və "Barselona"nın hücumçusu Neymar Ginnesin rekordlar kitabına düşüb
Braziliya millisinin və "Barselona"nın hücumçusu Neymar Ginnesin rekordlar kitabına düşüb. Neymar həm Çempionlar Liqası, həm də Libertadores kubokunda het-trik edən ilk futbolçu olub.
22 yaşlı futbolçu 2012-ci ilin martında "Santos"un heyətində "İnternasional"la görüşdə (3:1) 3 dəfə rəqib qapısına yol tapıb. Ötən ilin dekabr ayında Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Barselona" - "Seltik" matçında (6:1) da 3 qol vurmağı bacaran Neymar adını Ginnesin rekordlar kitabına yazdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB