“Azəryol” komandası daha bir ilkə imza atır

“Azəryol” komandası daha bir ilkə imza atır

19 oktyabr saat 17:00-da "Azəryol" voleybol klubunun yeni mövsüm üçün təqdimat mərasimi olacaq. SİA-nın xəbərinə görə, "Çempionlar Liqası"nda, eləcə də "Azərbaycan Çempionatı"nda iştirak edəcək komandanın təqdimat mərasimi Dərnəgül şossesi, Əliyar Əliyev küçəsi 108 ünvanında yerləşən Voleybol Mərkəzində keçiriləcək.

Təqdimat mərasimi bütün media nümayəndələri və azarkeşlər üçün açıq olacaq. Gələn media nümayəndələrinə Azəryolun bütün oyunçuları ilə yaxından ünsiyyət qura bilmə imkanları üçün hər cür şərait yaradılacaq.

Təqdimat mərasimində qonaqları çoxlu sayda surprizlər gözləyir.

Klubun yeni himni:

Klubun yeni talesmanı:

Klubun yeni loqotipi:

Klubun yeni forması.

Təqdimat mərasimindən sonra "Azəryol" voleybol klubu ölkəmizdə qonaq olan "Dinamo Krasnadar" klubu ilə yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, "Azəryol" voleybol klubunun prezidenti "Azəryolservis" ASC sədri, millət vəkili Cavid Qurbanovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə