Ronaldo 90+5-də özünü göstərdi
Almaniya yığması şokda

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Son gündə 4 qrupda 9 matç baş tutub.

D qrupunda 3 gün əvvəl Polşaya uduzan Almaniya İrlandiyanı qəbul edib və oyun 1:1 hesabı ilə başa çatıb.

E qrupunda bir matç baş tutub. Yeganə oyunda İsveçrə San Marinonu darmadağın edib - 4:0.

F qrupunda Rumıniya səfərdə Finlandiyanı, Şimali İrlandiya Yunanıstanı eyni hesabla yenib - 2:0. Macarıstan isə Farer adalarını minimal hesabla üstələyib - 1:0.

I qrupunda Kriştiano Ronaldolu Portuqaliya səfərdə Danimarkanın müqavimətini qıra bilməyib - 0:0. Serbiya - Albaniya isə azarkeşlərin hərəkətlərinə görə 41-ci dəqiqədə yarımçıq dayandırılıb.

D qrupu

Almaniya - İrlandiya 1:1

Qollar: Toni Kroos, 71 - Con O`Şea, 90+4.

Polşa - Şotlandiya 2:2

Qollar: Kristof Maçinski, 12. Arkadiuş Milik, 76 - Şaun Maloney, 18. Stiven Naismit, 57.

Cəbəllütariq - Gürcüstan 0:3

Qollar: Nikolas Gelaşvili, 9. Tornike Okriaşvili, 19. Jaba Kankava, 69.

E qrupu

San Marino - İsveçrə 0:4

Qollar: Haris Seferoviç, 10; 24. Blerim Cemaili, 30. Herdan Şaqiri, 79.

F qrupu

Finlandiya - Rumıniya 0:2

Qollar: Boqdan Stanku, 54; 83.

Qırmızı vərəqə: Aleksander Rinq, 54 (Rumıniya).

Yunanıstan - Şimali İrlandiya 0:2

Qollar: Ceyms Vard, 9. Kile Lafferti, 51.

Farer adaları - Macarıstan 0:1

Qol: Adam Szalai, 21.

I qrupu

Danimarka - Portuqaliya 0:1

Qol: Kriştiano Ronaldo, 90+5.

Serbiya - Albaniya 0:0 (başa çatmayıb)

Bütün xəbərlər Facebook səhifəmizdə