Ağır çəkidə boks üzrə keçmiş dünya çempion Məhəmməd Əlinin parkinson xəstəliyi səbəbindən səhhətinin pisləşdiyi bildirilir. İngiltərə nəşrləri xəbər verir ki, keçmiş idmançının qardaşı Rəhman ağır sinir sistemi xəstəliyinə qarşı mübarizə aparan 72 yaşlı Məhəmməd Əlinin həyatından bəhs edən sənədli filminin təqdimat mərasimində verdiyi açıqlamada onun evdən çıxmadığını, danışmağa çətinlik çəkdiyini, bununla belə, filmin işıq üzü görməsindən qürur duyduğunu bildirib.
1974-cü ildə boks üzrə ikinci dəfə dünya çempionu adını qazandıqdan az sonra İslam dinini qəbul edən idmançının qızı Maryum atasının filmi bəyənəcəyinə əmin olduğunu deyib.
Xatırladaq ki, karyerası ərzində rinqə çıxdığı 61 döyüşün 56-da qələbə qazanan Əli peşəkar boksa keçməzdən əvvəl, 1960-cı ildə Roma Olimpiya oyunlarının da qalibi olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB