Topaz Premyer Liqasının növbəti turu çərçivəsində doğma arenada "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" klubu hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, həftəsonu ikitərəfli oyun keçirən Aqil Məmmədovun komandası "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb. Zədəli olan Bəxtiyar Həsənalızadə fərdi məşqlərlə kifayətlənib.
A milli komandanın düşərgəsində olan Məhəmməd Qurbanov, U-21-in heyətində yer alan Tərlan Əhmədli və Şahrudin Məhəmmədəliyev hazırlıqlara nisbətən gec qoşulacaq.
"Sumqayıt" - "Neftçi" oyunu oktyabrın 17-də, saat 16:00-da, "Kapital Bank Arena"da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB