Flavinyo: "Formamı tam bərpa edib, komandama kömək edəcəm"

Flavinyo: "Formamı tam bərpa edib, komandama kömək edəcəm"

"Neftçi" PFK-nın futbolçusu Flavinyo müalicəsi ilə bağlı açıqlama verib. SİA-nın məlumatına görə, o, İtaliyaya zədəsini sağaltmaq üçün yollandığını bildirib: "Orada istifadə olunan tibbi avadanlıqlar müalicənin daha sürətli aparılmasına imkan verir. Burada qalsaydım, azı 20 gün müalicə olunmalıydım. İndi isə komandanın düşərgəsindəyəm və fərdi məşq edirəm. Çox güman ki, "Sumqayt"la oyunda meydanda olmayacam. Sonrakı turlarda isə formamı tam bərpa edib, komandama kömək edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə