Azərbaycan çempionatında futbolçunun sənədi saxta çıxdı İNTİZAM KOMİTƏSİNİN QƏRARLARI
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
Azərbaycan I Divizionunun VI turunun "Şəmkir" – "Şuşa" matçında "Şəmkir" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun VI turunun "Energetik" – "Zirə" matçında "Energetik" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 60-cı dəqiqəsində "Energetik" klubunun 5 №-li futbolçusu Tural Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 89-cu dəqiqəsində "Energetik" klubunun 8 №-li futbolçusu Pərviz Hüseynov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).
Azərbaycan I Divizionunun VI turunun "Kəpəz" – "Mil-Muğan" matçında "Mil-Muğan" klubunun futbolçusu Məmmədov Rəmzinin sənədlərinin saxta olması aşkar olunmuşdur. Futbolçuya və kluba lazımı sənədləri təqdim etmək üçün müddət verilsə də qeyd olunmuş vaxta kimi sənədlər təqdim olunmamışdır. İntizam Komitəsinin tələb etdiyi sənədləri təqdim edə bilmədiyinə görə və matçın protokolunda "Kəpəz" klubunun etirazını nəzərə alaraq aşağıdakı qərarlar qəbul olunur:
2014/2015 mövsümündə Azərbaycan I Divizionunda Rəmzi Məmmədovun istirakı ilə keçirilən "Mil-Muğan" klubunun bütün oyunlarına 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 1000 manat cərimə olunur (maddə 51).
"Mil-Muğan" klubunun futbolçusu Rəmzi Məmmədova AFFA və PFL-in bayrağı altında keçirilən bütun yarışlara 1 illik qadağa qoyulur və klub 1000 manat cərimə olunur (maddə 45).
"Kəpəz" klubunun 4 , "Mil-Muğan" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun VI turunun "Turan-T" – "Lokomotiv" matçının 87-ci dəqiqəsində "Lokomotiv" klubunun 9 №-li futbolçusu Nicat Əsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun VI turunun "Qaradağ Lökbatan" – "Bakılı" matçında "Bakılı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
"Bakılı" klubunun prezidenti Misir Əbilov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB