I Avropa Oyunlarının Atletika yarışları üzrə meneceri müküfat aldı

I Avropa Oyunlarının Atletika yarışları üzrə meneceri müküfat aldı

Bakı 2015 Avropa Oyunlarının Atletika yarışları üzrə meneceri Məhərrəm Sultanzadə Avropa Atletika Assosiasiyası tərəfindən məhsuldar əməyinə və fədakar fəaliyyətinə görə mükafata layiq görülüb. BAOƏK-dan SİA-ya verilən məlumata görə, Sultanzadə şənbə günü axşam təşkil olunmuş "Golden Tracks" şam yeməyində mərasimə dəvət olunmuş qonaqların, o cümlədən, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının vitse-prezidenti Lord Sebastyan Konun qarşısında Avropa Atletika Məşqçisi Mükafatına layiq görülüb. Bu mükafat onun heyrətamiz bacarıqlarına və dünya miqyasında beynəlxalq məşqçi kimi bir sıra müxtəlif ölkələrdə əldə etdiyi nailiyyətlərə verilən qiymətdir.

"Məhərrəm Avropa Oyunlarının təşkilində insanların qoyduğu irsin və onun insanların həyatını necə dəyişdirməsinin, onları təkmilləşməyə və yeni bacarıqları inkişaf etdirməyə ruhlandırmasının bariz nümunəsidir. İdmançılarla məşqçilik işindən ofis mühitinə keçdiyi son doqquz ay ərzində Məhərrəm gördüyü hər bir işdə müvəffəqiyyət qazanıb və əvəzedilməz komanda rəhbərinə çevrilib. O, bu mükafata tam olaraq layiqdir və güc və təcrübəni özündə birləşdirən belə bir şəxsin burada, Bakı 2015 komandasında olması bizim üçün çox xoşdur"- deyə,Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd edib.

İlk dəfədir ki, Azərbaycanın milli məşqçisi Avropa Atletika Məşqçisi Mükafatına layiq görülür.

"Avropa Atletika Assosiasiyası tərəfindən ölkəm və özüm üçün ilk dəfə olaraq bu cür möhtəşəm mükafat qazandığıma görə çox xoşbəxtəm və son dərəcə qürur duyuram. Bir məşqçi kimi mən yaxşı nəticələr qazanmış yüksək səviyyəli idmançılar hazırlamışam və son səkkiz ildə milli komandanın baş məşqçisi kimi çalışaraq həm Dünya, həm də Avropa səviyyəsində müsbət nəticələr göstərmişik"- deyə, Sultanzadə deyib.

Sultanzadə, həmçinin Milli Texniki Heyət səviyyəsinə çatmaları üçün bu yaxınlarda 150 nəfərə təlim keçib və iyun ayında Bakıda keçirilən və Avropa Federasiyası tərəfindən yüksək qiymətləndirilib Avropa Olimpiya Sınaq Yarışlarının yarışlar üzrə direktoru olub.

Şüvüllə tullanma üzrə Fransalı idmançı Renaud Lavillenie və qısa məsafəyə qaçış üzrə Hollandiyalı idmançı Dafne Şippers "Golden Tracks" təntənəli mükafatlandırma mərasimində İlin Avropa Atletləri adına layiq görülüblər.

Eyni zamanda, qısa məsafəyə qaçış üzrə Böyük Britaniyalı idmançı Adam Gemili və hündürlüyə tullanma üzrə Rusiyalı idmançı Mariya Kuçina "Rising Star" mükafatına layiq görülüblər.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə