Qılıncoynadanlarımız Türkiyədə iki medal qazanıb

Qılıncoynadanlarımız Türkiyədə iki medal qazanıb

Türkiyənin Bursa şəhərində qılıncoynatmanın sabliya növü üzrə beynəlxalq turnir keçirilib. Turnirdə mübarizə aparan Azərbaycan millisi iki medal qazanıb.

Qadınların mübarizəsində Səbinə Mikina finaladək inamla irəliləyib. Həlledici görüşdə Ukrayna təmsilçisi Alyona Varoninaya məğlub olan qılıncoynadanımız gümüş medalla kifayətlənib.

Kişilərin mübarizəsində isə Azər Tağıyev bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə