Teymur Rəcəbov: "İlk 5 gediş üçün 1 saat düşünməli oldum"

Teymur Rəcəbov: "İlk 5 gediş üçün 1 saat düşünməli oldum"

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 9-cu turunda Teymur Rəcəbov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb. SİA-nın məlumatına görə, partiyadan sonra T.Rəcəbov oyun haqda danışıb: "Necə debütdən razı qala bilərəm ki, əgər ilk 5 gediş üçün 1 saat düşünməli oldum. Oyun normal alındı. Hazırlıqdan kənar gedişlər etməli oldum. Oyunu təhlil etmişdim, sadəcə vaxtı ilə oynadığımız gedişləri gözləmirdim. Müəyyən fiqurlar əvəzetməli oldum. Qeyri-adi gedişlər yox idi. Oyun heç-heçəyə gedirdi. 1998-ci ildə Kramnikin oynadığı partiyaya bənzərlik var idi. Həmin illərdə yaşım az olduğundan, indi o gedişləri təhlil etmək düzgün olmazdı".

Sergey Karyakin də partiyadakı gedişlərin 1998-ci ildə rusiyalı dünya çempionu Vladimir Kramnikin oyununa bənzədiyini söyləyib: "Kramnik tərəfindən oynanılan gedişlərə bənzərlik çox idi. Pozisiyanı təhlil etmişdim. Rəqib düzgün oynamağa çalışırdı. Oyun heç-heçəyə yönlənmişdi. Maraqlı gedişlər var idi, sadəcə sonda heç-heçə ilə razılaşdıq".

Bütün xəbərlər Facebook səhifəmizdə