Bu gün İtaliyada keçirilən Qadınlarası Voleybol üzrə Dünya Çempionatı başa çatıb. Əvvəlcə 3-cü yer uğrunda görüşdə İtaliya ilə Braziliya üz-üzə gəlib. Gərgin keçən oyun 5-ci setə qədər uzanıb. Nəhayət 3-2 hesabı ilə Braziliya bürünc medalı qazanıb.
Daha sonra çempionatın final mərhələsi keçirilib. Finalda həmişə güclü oyunları ilə seçilən, rəqiblərini böyük hesablarla məğlub edən ABŞ və Çin qarşılaşıb.
İlk iki seti ABŞ qalibiyyətlə başa vurub. Çin 3-cü setdə dönüş etsə də, ABŞ 3-1 hesabı ilə Çinə 3-cü dəfə çempion olmağa imkan verməyib və ilk dəfə olaraq dünya çempionu olub.
Qeyd edək ki, Qadınlararsı Voleybol üzrə Dünya Çempionatında Azərbaycan ikinci mərhələdə oyununu başa vuraraq Qazaxstanla 15-ci yeri bölüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB