Dünya çempionatının püşkatması Konstantinovsk sarayında olacaq

Dünya çempionatının püşkatması Konstantinovsk sarayında olacaq

2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi 2015-ci il iyulun 25-də Sankt-Peterburqun Konstantinovsk sarayında olacaq. Bu barədə məlumatı turnirin təşkilat komitənin mətbuat xidməti məlumat verib.

"TASS" agentliyi xəbər verir ki, Rusiya Federasiyasının idman naziri Vitali Mutko Beynəlxalq futbol assosiasiyaları federasiyasının (FİFA) püşkatmanın Sankt-Peterburqdakı Konstantinovsk sarayında keçirilməsi fikrini dəstəklədiyi üçün məmnun olduqlarını bildirib. O, həmçinin Rusiyanın mədəniyyət ənənələrini əks etdirən, XVIII yüzilliyin möhtəşəm abidəsi olan "Konqres sarayı" dövlət kompleksinin ölkəsini milli assosiasiyalar, qonaqlar, tərəfdaş və tamaşaçılar qarşısında layiqincə təmsil etməyə qadir olduğuna əminliyini ifadə edib.

Xatırladaq ki, dünya çempionatı 2018-in oyunları Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Saransk, Kalininqrad, Volqoqrad, Yekaterinburq, Samara, Soçi və Rostov şəhərlərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə