Gürcüstanda təlim-məşq toplanışında olan "İnter" yoxlama matçı keçirib. SİA-nın məlumatına görə, Qori şəhərinin Tenqiz Burjanadze adına stadionunda baş tutmuş görüşdə "İnter"in rəqibi yerli "Samtredia" klubu olub. Bakı təmsilçisi bu qarşılaşmaya aşağıdakı əsas heyətlə çıxıb:
Giorgi Lomaya, Məhəmməd Mirzəbəyov, Aleksandr Amisulaşvili, Laşa Salukvadze, Arif Daşdəmirov, Coşqun Diniyev, Derlis Meza Kolli, Mikel Alvaro, Asif Məmmədov, Junior Nildo və Baçana Tsxdadadze.
İlk hissədə qol vurulmasa da, fasilədən sonra "İnter" "Samtredia"nın qapısına iki dəfə yol tapıb. Əvvəlcə Yohan Bokonyano 11 metrlik cərimə zərbəsindən düzgün istifadə edib, ikinci qolu isə fasilədən sonra meydana daxil olan Nizami Hacıyev vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB