Sergey Karyakin: "Şəhriyar Məmmədyarovun yaxşı müdafiə olunması heç-heçəni qaçılmaz etdi"

Sergey Karyakin: "Şəhriyar Məmmədyarovun yaxşı müdafiə olunması heç-heçəni qaçılmaz etdi"

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirində 8-ci turda Şəhriyar Məmmədyarovla heç-heçə oynayan Sergey Karyakin jurnalistlərin suallarını cavablandırıb. SİA-nın məlumatına görə, o, heç-heçəni yaxşı nəticə adlandırıb: "Partiyaya yaxşı başladım. Üstünlük qazandım. Rəqibin səhvləri mənə üstünlük qazanmağa imkan verdi. Amma istədiyimi reallaşdıra bilmədim. Heç-heçə yaxşı nəticədir. Lakin qələbə qazanmaq imkanlarım var idi. Qələbə üçün lazım olan gedişləri tapa bilmədim. Şəhriyarin yaxşı müdafiə olunmasını qeyd etməliyəm. Mənim üçün hücum qurmaq çox çətin oldu. Ş. Məmmədyarovun yaxşı müdafiə olunması heç-heçəni qaçılmaz etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə