Bakıda keçirilən şahmat üzrə Qran-pri turnirinin 8-ci turunda Şəhriyar Məmmədyarov ilə heç-heçə oynayan Sergey Karyakin qarşılaşma barədə fikirlərini bölüşüb.
Partiyaya yaxşı başladığını bildirən S.Karyakin deyib: "Rəqibin səhvləri mənə üstünlük qazanmağa imkan verdi. Amma istədiyimi reallaşdıra bilmədim. Heç-heçə yaxşı nəticədir. Lakin qələbə qazanmaq imkanlarım var idi. Qələbə üçün lazım olan gedişləri tapa bilmədim. Şəhriyarın yaxşı müdafiə olunduğunu qeyd etməliyəm. Mənim üçün hücum qurmaq çox çətin oldu. Ş.Məmmədyarovun yaxşı müdafiə olunması heç-heçəni qaçılmaz etdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB