Bakıda keçirilən şahmat üzrə Qran-prinin 8-ci turunda Şəhriyar Məmmədyarov Sergey Karyakin ilə heç-heçə oynayıb. Partiyadan sonra mətbuat konfransında suallara cavab verən Ş.Məmmədyarov deyib: "Debütlə özümü təəccübləndirdim. Hətta Andreykin partiyadan sonra maraqlı gedişlərin olduğunu dedi. Amma həmin gedişləri görmədim. Piyadaların gedişi məni çaşdırdı. Pozisiyalar maraqlı idi. Amma vaxt çatmırdı. Ona görə tez qərar qəbul edirdim. Heç-heçə oyuna uyğun nəticə oldu. Nəzərə alsaq ki, ağların üstünlüyü var idi, sadəcə, onlar istifadə edə bilmədi. Səkkiz turdan sonra turnir cədvəlindəki mövqeyimi düzəltmək üçün şanslarım var. Gərək son üç turda daha yaxşı oynayım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB