Ronaldo İngiltərəyə qayıtmayacaq
Ronaldo "Real"ı tərk edir?

Adı yenidən "Mançester Yunayted"lə birgə hallanan Madrid "Real"ın futbolçusu Kriştianu Ronaldo İngiltərəyə qayıtmayacaq. Bu barədə portuqaliyalı yarımmüdafiəçinin agenti Jorje Mendeş məlumat verib. O, Ronaldonun "Real"da xoşbəxt olduğunu bildirib: "Ronaldonun "Mançester Yunayted"ə sevgisi böyükdür, amma karyerasını "Real"da bitirmək arzusundadır. Kriştianunun Madrid klubu ilə müqaviləsi var. Bundan əlavə, klubun prezidenti Florentino Pereslə də münasibəti yaxşıdır. Odur ki, Ronaldonun "Real"dan ayrılmasından söhbət gedə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə