Qonzalo Hiquain yenidən "Liverpool" tərəfindən izlənilir
Lukas və 22 milyon funt..

Mario Balotellinin qol gözləntilərini doğrultmaması "Liverpool"un hücum xəttini gücləndirmək planını günü-gündən qətiləşdirir. Belə ki, yayılan xəbərlərə əsasən, Qonzalo Hiquain yenidən "Liverpool" tərəfindən izlənilir.

Argentinalı oyunçu qışda "Mersesayd" klubundan təklif ala bilər. Braziliya məbuatı iddia edir ki, "qırmızılar" Hiquain üçün 22 milyon funt və Lukas Leyvanı "Napoli"yə təklif edəcək.

Neapolluların hazırki çalışdırıcısı Rafa Benitez mövsümün əvvəlində Lukası komandasında görmək istəyirdi.

Xatırladaq ki, məhz Benitez 2007-ci ildə "Liverpool"u çalışdırarkən braziliyalı yarımmüdafiəçini kluba gətirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə