Bakıda keçirilən şahmat üzrə "Qran-pri" turnirinin 7-ci turunda Şəhriyar Məmmədyarov Yevgeni Tomaşevski ilə heç-heçə oynayıb. Şəhriyar Məmmədyarov son oyun barədə fikirlərini bildirərək deyib: "Beşinci turdan sonra demişdim ki, itiriləsi heç nə yoxdur. Son 2 turda risk etməyə çalışdım. Sadəcə, uduşa gedən yollar asan deyil. Bu gün keçirilən partiyada üstünlüyüm var idi. Lakin böyük üstünlük deyildi. Bütün fiqurlarım yerində olsa da, güclü üstünlük hiss olunmurdu. Qələbə üçün ideal vəziyyət yaranmadı. Hiss etdim ki, rəqib üstünlük qazana bilər. Onda vəziyyət çətinləşəcəkdi. Uduzmaq istəməzdim. Ona görə heç-heçəyə razılaşdıq".
Yevgeni Tomaşevski isə oyun barədə belə deyib: "Qeyri-adi gedişlər etsəm də, üstünlük əldə etmədim. Ağlar üstünlüyə malik olsa da, vəziyyət inkişaf etmədi. Mövqe mürəkkəb görünürdü. Mənim də üstünlük qazanmaq imkanlarım var idi. Sadəcə, oyun maraqlı olsa da, açılış çətin görünürdü. Heç-heçə normal nəticədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB