Azərbaycan yığması reytinq cədvəlində 20 pillə irəliləyib

Azərbaycan yığması reytinq cədvəlində 20 pillə irəliləyib

Çimərlik futbolu üzrə yığma komandaların reytinq siyahısı açıqlanıb. Azərbaycan millisi yeni siyahıda xeyli irəliləyib. Belə ki, millimiz 20 pilləlik sıçrayış sayəsində hazırda 87 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Komandamızın hesabında 289 reytinq xalı var. Millimiz ötən il 89 ölkə arasında 58-ci olmuşdu.

Reytinq siyahısına Rusiya başçılıq edir (2715 xal). Braziliya ikinci (1880), İsveçrə üçüncüdür (1683).

Bütün xəbərlər Facebook səhifəmizdə