“İnter”-“Samtredia” oyunu keçirəcək

“İnter”-“Samtredia” oyunu keçirəcək

Bakının "İnter" futbol komandası Gürcüstanda təlim-məşq toplanışını davam etdirir. "İnter" komandası oktyabrın 10-da toplanış çərçivəsində ilk yoxlama görüşünə çıxacaq. Bu oyunda Bakı təmsilçisinin rəqibi yerli "Samtredia" komandası olacaq.

"Samtredia" komandası Gürcüstanın Umaqlesi liqasında mübarizə aparır. Səkkiz turdan sonra bu komandanın aktivində 16 xal var və bu nəticə ilə "Samtredia" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə