"İnter" yoxlama görüşünə çıxacaq

"İnter" yoxlama görüşünə çıxacaq

Məlum olduğu kimi, "İnter"in Gürcüstan toplanışı davam edir. SİA-nın məlumatına görə, sabah komanda toplanış çərçivəsində ilk yoxlama görüşünə çıxacaq. Bu oyunda "İnter"in rəqibi "Samtredia" komandası olacaq. Matç yerli vaxtla saat 15.00-da başlayacaq.

Qeyd edək ki, "Samtredia" komandası Gürcüstanın Umaglesi liqasında mübarizə aparır. 8 turdan sonra bu komandanın aktivində 16 xal var və bu nəticə ilə "Samtredia" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə