AZAL "Qəbələ" ilə qarşılaşacaq

AZAL "Qəbələ" ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində səfərdə "Araz Naxçıvan"la üz-üzə gələcək AZAL hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, yığma komandaların oyunları ilə bağlı yaranmış fasilədən maksimum istifadə etməyə çalışan "təyyarəçilər" bu məqsədlə yoldaşlıq oyunu da keçirəcək. Belə ki, AZAL bu gün "Qəbələ" ilə qarşılaşacaq. Bu məqsədlə komanda artıq Qəbələyə yollanıb. Oyun Qəbələ şəhər stadionunda saat 16:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə