Rusiya təmsilçisi Aleksandr Qrişuk Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 6-cı turunda Teymur Rəcəbova məğlubiyyətini şərh edib. SİA-nın məlumatına görə, o, rəqibinin əla oyun sərgilədiyini qeyd edib: "Teymur Rəcəbov mükəmməl oynadı. Bütün partiyanı yüksək səviyyədə keçirdi. Rahat və təhlükəsiz gedişlərlə təhlükədən yayınmaq istədim. Sadəcə qara fiqurlar sona qədər ağıllı oynadı. Xilas olmaq çox çətin idi. Oyuna "qədim hind" müdafiəsiylə başladığı debüt məni təəccübləndirmədi. Sonradan tam fərqli taktika ilə aktiv gedişlər etdi. Qara fiqurlar təhlükəni artırmaqla qələbəyə doğru irəlilədi. Teymurun f5 gedişindən sonra isə mən artıq özümü itirdim. Oyunu xilas etməyə imkan olmadı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB