Ucarda dəhşətli yol qəzası - 5 ölü

Ucarda dəhşətli yol qəzası - 5 ölü

Ucarda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib. Hadisə bu gün saat 17:00 radələrində Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsindən qeydə alınıb.

Sürücüsü hələlik məlum olmayan "VAZ-21099" markalı minik avtomobili ilə "MAN" markalı yük avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində minik avtomobilində ikisi azyaşlı olmaqla 5 nəfər ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə