FİDE-nin Qran-pri turnirinin Bakı mərhələsinin 6-cı turu başlanıb

FİDE-nin Qran-pri turnirinin Bakı mərhələsinin 6-cı turu başlanıb

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində FİDE-nin 2014-2015-ci illər mövsümünün Qran-pri turnirinin Bakı mərhələsinin 6-cı turuna start verilib. Bu turda Azərbaycan yığmasının kapitanı Şəhriyar Məmmədyarovun rəqibi kubalı qrossmeyster Lenyer Dominqes olacaq. Azərbaycanın digər nümayəndəsi Teymur Rəcəbov isə rusiyalı Aleksandr Qrişşuk ilə qarşılaşacaq.

Altıncı turda həmçinin aşağıdakı cütlüklər qarşılaşacaqlar: Rüstəm Kasımjanov (Özbəkistan) - Dmitri Andreykin (Rusiya), Fabiano Karuana (İtaliya) - Pyotr Svidler (Rusiya), Yevgeni Tomaşevski (Rusiya) - Hikaru Nakamura (ABŞ), Serqey Karyakin (Rusiya) - Boris Gelfand (İsrail).

5 turdan sonra iştirakçıların vəziyyəti belədir: Gelfand, Karuana – hərəyə 3,5 xal, Nakamura, Svidler – hərəyə 3 xal, Karyakin, Qasımcanov, Rəcəbov, Tomaşevski – hərəyə 2,5 xal, Qrişşuk, Dominqes - hərəyə 2 xal, Andreykin, Məmmədyarov – hərəyə 1,5 xal.

Bu mərhələnin mükafat fondu 120.000 avroya bərabərdir.

FİDE-nin Qran-pri turniri dörd mərhələdən ibarət olacaq. İştirakçıların hər biri üç turnirdə çıxış etməlidir və hər üç turnirin nəticəsi ümumi zaçota hesablanacaq. Seriyanın iki qalibi iddiaçıların turnirində çıxış etmək hüququ qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə