Azad Rəhimov “Olimpiya Ordeni” ilə təltif edildi

Azad Rəhimov “Olimpiya Ordeni” ilə təltif edildi

Oktyabrın 8-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) İcraiyyə Komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, tədbir MOK-un İcraiyyə Komitəsinin üzvü, Əməkdar İdman Xadimi Ələkbər Məmmədovun xatirəsinin yad edilməsi ilə başlayıb.
Daha sonra MOK-un antidopinq komissiyasının yaradılması, "Bakı-2015" birinci Avropa Oyunlarına hazırlığın gedişi, 2014-cü ildə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının Bakıda təşkili haqqında məlumat verilib.
Tədbir yeniyetmələrin İkinci Yay Olimpiya Oyunlarının qaliblərinin mükafatlandırılması və MOK-un vitse-prezidenti Azad Rəhimovun "Olimpiya Ordeni" ilə təltif olunması ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə