AFFA cərimə və cəzaları açıqladı İK-NIN QƏRARLARI

AFFA cərimə və cəzaları açıqladı İK-NIN QƏRARLARI

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

2 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının I turunun təxirə salınmış görüşü "Bakı" – "Simurq" matçında "Bakı" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

1 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun təxirə salınmış görüşü "Bakı" – "Simurq" matçında "Bakı" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 78-ci dəqiqəsində "Bakı" klubunun 28 №-li futbolçusu Ülvi Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

2 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun V turunun "Şəmkir" – "Qaradağ Lökbatan" matçında "Şəmkir" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 65-ci dəqiqəsində "Şəmkir" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunur (maddə 52).

2 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, I divizionun V turunun "MOİK" – "Göyəzən" matçında "Göyəzən" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 48-ci dəqiqəsində "MOİK" klubunun 3 №-li futbolçusu Azər Həbibov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 55-ci dəqiqəsində "Göyəzən" klubunun 17 №-li futbolçusu Elnur Kosayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

3 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun V turunun "Zirə" – "Turan-T" matçında "Zirə" klubunun 5 , "Turan-T" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur (maddə 40).

3 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun V turunun "Şuşa" – "Neftçala" matçının 90-ci dəqiqəsində "Neftçala" klubunun 6 №-li futbolçusu Mehman Məmmədov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 38.1)

6 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, I divizionun II turunun təxirə salınmış görüşü "Turan-T" – "Bakılı" matçında "Bakılı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 85-ci dəqiqəsində "Turan-T" klubunun 6 №-li futbolçusu Emin Mirzəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Oyunun 90+5-ci dəqiqəsində "Turan-T" klubunun 18 №-li futbolçusu Nəsimi Qədirovun aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 38.1)

2 oktyabr 2014-cü il futzal üzrə Azərbaycan çempionatının "EKOL" – "Khazar islands" matçının 38-ci dəqiqəsində "Khazar islands" klubunun 13 №-li futbolçusu Əjdər Mirzəliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

3 oktyabr 2014-cü il futzal üzrə Azərbaycan çempionatının "Fənər FK" – "Araz" matçının 37-ci dəqiqəsində "Fənər FK" klubunun 10 №-li futbolçusu Yevgeni Seriy ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

4 oktyabr 2014-cü il futzal üzrə Azərbaycan II dəstəsinin "Baku Fire" – "Qatar" matçının 20-ci dəqiqəsində "Fənər FK" klubunun 11 №-li futbolçusu Saleh Əzizov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

4 oktyabr 2014-cü il futzal üzrə Azərbaycan II dəstəsinin "Yasamal" – "Khazar Travel" matçının 20-ci dəqiqəsində "Khazar Travel" klubunun 6 №-li futbolçusu Yadulla Əmirəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

Oyununun 20-ci dəqiqəsində "Yasamal" klubunun 77 №-li futbolçusu Rəhman Musayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyununun 28-ci dəqiqəsində "Yasamal" klubunun 4 №-li futbolçusu Zamin Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

Bütün xəbərlər Facebook səhifəmizdə