Topaz Premyer Liqasının növbəti turu çərçivəsində doğma arenada "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" klubu hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, bu gün səhər "Kapital Bank Arena"da növbəti məşqini keçirən komandanın heyətində zədəli futbolçu yer almır. Şəhriyar Xəlilov və Andrey Popoviç artıq tam sağalıb və kollektivlə birlikdə çalışır.
A milli komandanın düşərgəsində olan Məhəmməd Qurbanov, U-21-in heyətində yer alan Tərlan Əhmədli və Şahrudin Məhəmmədəliyev hazırlıqlara nisbətən gec qoşulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB