Teymur Rəcəbov: "Azərbaycanda yarışlar yüksək səviyyədə təşkil olunur"
Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 5-ci turunda Teymur Rəcəbov reytinq favorit Fabiano Karuanayla heç-heçə oynayıb. SİA-nın məlumatına görə, Azərbaycan şahmatçısı partiyadan sonra medianın suallarına cavab verib: "Karuanaya qarşı özüm hazırlaşmışdım. Əlbəttə, müəyyən mənada kompyuterdən istifadə etmişdim. Partiya zamanı vəziyyət dəyişmədi və üstünlük qazanmadım. Heç-heçə oyuna görə olan nəticədir.
Şəhriyar söyləyib ki, Azərbaycanda keçirilən turnirlərdə onun oyunu alınmır: "Mən fərqli fikirdəyəm. Azərbaycanda keçirilən yarışlar yüksək səviyyədə təşkil olunur. Şəmkirdə, Bakıda və ya digər şəhərimizdə oynamağa hər zaman hazıram".
Fabiano Karuana isə istirahət günü təşkil edilən ekskursiyaya görə təşkilatçılara təşəkkür edib: "Şahmatçılar hər zaman oyun barədə düşünür. Adətən biz getdiyimiz şəhəri gəzə bilmirik. Təşkilatçılara təşəkkür edirəm ki, bizə Bakını göstərdilər. Bu şəhəri çox bəyəndim. Həm də qeyd edim ki, Azərbaycanda keçirilən turnirlərdə oyunum alınır. Ona görə bura gəlməyə şadam. "Ağlar" oyuna hazırlıqlı idi. Qara fiqurlarla inamlı gedişlər etməyə başladım. Sadəcə partiya heç-heçəyə gedirdi. Ona görə düşünmədən razılaşdıq. Liderliyə gəldikdə, qarşıda 6 tur var. Hələ mübarizə irəlidədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB