Milli komandamızın Avro-2016-nın seçmə mərhələsindəki rəsmi matçları ilə əlaqədar ölkə çempionatında yaranan fasilə müddətində "Xəzər Lənkəran" hazırlığa start verib. SİA-nın məlumatına görə, komanda Lənkərandakı bazasında məşqlərini davam etdirir. Gündə iki dəfə olmaqla keçirilən məşqlərdə futbolçular gündüz fiziki, axşam çalışmalarında isə taktiki planda məşqçilər korpusunun verdiyi tapşırıqları yerinə yetirir. Zədəli futbolçulardan Alfred Sanko və Əfran İsmayılov fərdi qaydada məşq prosesinə qoşulsa da, qapıçı Orxan Sadıqlı artıq komanda ilə birgə hazırlıqda iştirak edir.
Xatırldadaq ki, əsas milli komandanın Almaniyada keçirilən toplanışında "Xəzər Lənkəran"ın 4 futbolçusu - Rahid Əmirquliyev, Rasim Ramaldanov, Rauf Əliyev və ilk dəfə əsas milli komandamıza çağrılan Ağabala Ramazanov iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB