"Neftçi" PFK Premyer Liqada yaranan fasilədən istifadə edərək yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, komanda I Divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşıb. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan görüş "Neftçi"nin 4:1 hesablı qələbəsi ilə nəticələnib. "Neftçi"nin qollarından ikisini Ruslan Qurbanov, ikisini isə Nikolas Kanales vurub. Baş məşqçi Arif Əsədovun daha çox gənc futbolçulara şans verdiyi oyunda Qurbanov və Kanales hərəyə bir dəfə penalti zərbəsindən yararlana bilməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB