Yeniyetmələr arasında dünya çempionatı başlayacaq

Yeniyetmələr arasında dünya çempionatı başlayacaq

Bu gün Hindistanın Puna şəhərində 20 yaşadək yeniyetmə şahmatçılar arasında dünya çempionatı başlayacaq. SİA-nın məlumatına görə, mundial İsveçrə sistemi üzrə 13 turda keçiriləcək.

Açıq çempionatda (yuniorlar arasında) 139 şahmatçı, o cümlədən 18 qrossmeyster iştirak edəcək. Yarışda Azərbaycanı qrossmeysterlər Nicat Abbasov və Ülvi Bacarani təmsil edirlər.

Yeniyetmə qızların çempionatında 78 şahmatçı, o cümlədən beş qrossmeyster mübarizə aparacaq. Yarışda Azərbaycanı beynəlxalq qrossmeyster Səbinə İbrahimova təmsil edəcək.

Qeyd edək ki, çempionat oktyabrın 19-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə