Şahbuz Rayon Şahmat Məktəbində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ümumtəhsil məktəblərində şahmat dərsini tədris edən müəllimlər arasında şahmat üzrə rayon birinciliyi keçirilib. Rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkil etdikləri yarışda Yuxarı Qışlaq kənd tam orta məktəbinin müəllimi Vüsal Mustafayev birinci, Qızıl Qışlaq kənd tam orta məktəbinin müəllimi Sahib Məmmədov ikinci, Kolanı kənd tam orta məktəbinin müəllimi Arif Zülfüqarov isə üçüncü olublar.
Qaliblərə təşkilatçılar tərəfindən diplomlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB