Sergey Karyakin: Teymurla Şəhriyarın gücü demək olar ki, bərabər səviyyədədir

Sergey Karyakin: Teymurla Şəhriyarın gücü demək olar ki, bərabər səviyyədədir

Rusiya təmsilçisi Sergey Karyakin Bakıda start götürən şahmat üzrə "Qran-pri" turniri barədə fikirlərini jurnalistlərlə bölüşüb. Rusiyalı bunları söyləyib: "Çox maraqlı açılış mərasimi oldu. Orada Azərbaycan şahmatının uğurları barədə danışıldı. Əminəm ki, "Qran-pri" yüksək səviyyədə keçiriləcək. Azərbaycanda reallaşan hər bir şahmat turniri xoş xatirələrlə yaddaşımdadır. 11 turda bizi maraqlı oyunlar gözləyir. İlk turun maraqlı duellərindən biri Teymur Rəcəbov ilə Şəhriyar Məmmədyarov arasında olacaq. Fikrimcə, onlar bərabər səviyyədə şahmatçılardır. Hər ikisi dünyanın ən güclüləri sırasındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə