Şimal zonasında Azərbaycan çempionatı

Şimal zonasında Azərbaycan çempionatı

Oktyabrın 4-7-də Quba, Qusar və Xaçmaz rayonları ərazisində velosiped idmanının çoxgünlük ötüşmələri üzrə Azərbaycan çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, 2014-cü ilin təqvim-planına əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda 100-ə yaxın velosipedçi iştirak edəcək.

Diqqət çəkən məqam ölkə çempionatında paytaxt və Sumqayıt velosipedçiləri ilə yanaşı, ilk dəfə Oğuz rayonunda fəaliyyət göstərən velosiped bölməsinin idmançılarının da iştirakıdır. Bundan başqa, Azərbaycan çempionatının açıq xarakterli olması Gürcüstan yığma komandasının 10 üzvünün də turnirdə mübarizə aparmasına imkan verir.

Ölkə çempionatının proqramı belədir:

04.10.2014

Saat 15:00

Elit/U23/gənclər – 25 km fərdi ötüşmə

U17 – 20 km fərdi ötüşmə

U15 – 10 km fərdi ötüşmə

05.10.2014

Saat 09:00

Elit/U23/gənclər – 126 km qrup ötüşməsi

Saat 16:00

U17 - 84 km qrup ötüşməsi

06.10.14

Saat 09:00

Elit/U23/gənclər - 105 km qrup ötüşməsi

Saat 16:00

U15 - 40 km qrup ötüşməsi

07.10.14

Saat 10:00

Elit/U23/gənclər – 85 km

U17 – 52 km

U15 – 17 km

Bütün xəbərlər Facebook səhifəmizdə