Şəhriyar Məmmədyarov: "İstərdim yenidən iddiaçılar turnirinə vəsiqə qazanım"

Şəhriyar Məmmədyarov: "İstərdim yenidən iddiaçılar turnirinə vəsiqə qazanım"

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Bakıda start götürən şahmat üzrə Qran-pri barədə fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, paytaxtımızda belə turnirin keçirilməsinin şahmatçıları sevindirdiyini qeyd edib: "Həm mən, həm Teymur ümidləri doğrultmağa çalışacağıq. Heyətə baxarkən Qran-pridə güclü şahmatçıların mübarizə apardığını görürük. Bununla belə, çox istərdim yenidən iddiaçılar turnirinə vəsiqə qazanım. 4 mərhələdən ibarət Qran-pridə ilk iki yeri tutacaq şahmatçılar iddiaçılar turnirində yarışmaq imkanı qazanacaq. İlk turda Teymurla görüşə gəldikdə, biz bir-birimizi yaxşı tanıyırıq. Şahmatsevərləri maraqlı partiya gözləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə