Şahmat üzrə Qran-Prinin partiyalarını kimlər şərh edəcək?

Şahmat üzrə Qran-Prinin partiyalarını kimlər şərh edəcək?

Bu gün Bakıda start götürəcək şahmat üzrə Qran-Prinin üçüncü mövsümünün partiyaları baku2014.fide.com saytı vasitəsilə canlı yayımlanacaq. SİA-nın məlumatlına görə, artıq ingilis dilində partiyaları kimlərin şərh edəcəyi dəqiqləşib. Bunlar ukraynalı qrossmeyster Yevgeniy Miroşniçenko və Avropa çempionu, qrossmeyster Emil Sutovskidir.
Azərbaycan dilində partiyaları məşqçi, beynəlxalq usta Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin çalışdırıcısı, qrossmeyster Fərid Abbasov təqdim edəcək. Oktyabrın 6-sı və 10-u turnirdə istirahət günü olacaq. 11 turdan ibarət yarışa oktyabrın 14-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə