Con Van den Brom "Alkmaar" futbol klubunun baş məşqçisi təyin olunub. Bu barədə Hollandiya klubunun rəsmi saytı məlumat yayıb. Qırx yeddi yaşlı mütəxəssis ilə ikiilik müqavilə imzalanıb. Con Van der Brom daha əvvəl "Anderlext", "Vitess" və "Den Haaq" klublarını çalışdırıb. O, eyni zamanda, "Alkmaar"da gənclərdən ibarət komanda ilə də işləyib.
Onun rəhbərliyi ilə Naser Şadli, Dris Mertens və Marko van Ginkel kimi istedadlı futbolçular yetişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB