Türkiyənin "Qaziantep BB" kulubunun azərbaycanlı hücumçusu Vaqif Cavadov milli komandamıza dəvət almamasına münasibət bildirib. SİA-nın məlumatına görə, o, azerisport.az-a açıqlamasında bunları söyləyib: "Viza açdırmaq üçün mənim pasportumu da almışdılar. Yığmaya dəvət alacağımı gözləyirdim. Amma Berti Foqts mənə dəvət göndərmədi. Bu barədə nəsə deyə bilmərəm. Çünki yığmadan kənarda qalmağımın səbəbini bilmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB