Velosipedçimiz “Grand-prix Odessa” yürüşünün qalibi olub

Velosipedçimiz “Grand-prix Odessa” yürüşünün qalibi olub

Ukraynada ənənəvi "Grand-prix Odessa" veloyürüşü keçirilib. 100-dən artıq idmançının mübarizə apardığı birgünlük yürüşdə iştirakçılar 120 kilometr məsafə qət ediblər.

Yarışın qalibi adını Azərbaycanın elit yığmasının və "Synergy Baku" kontinental komandasının üzvü Elçin Əsədov qazanıb. O məsafəni 2 saat 57 dəqiqə 49 saniyəyə başa vurub. "Synergy Baku"nun digər üzvü Aleksandr Surutkoviç komanda yoldaşından 20 saniyə geri qalmaqla üçüncü olub.

Qeyd edək ki, "Grand-prix Odessa" veloyürüşü gələn ildən etibarən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planına salınacaq və 1.2 kateqoriyasına malik olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə