"Sumqayıt" komandası qələbə hesabını qoruya bilmədi

"Sumqayıt" komandası qələbə hesabını qoruya bilmədi

Topaz Premyer Liqasının 7-ci turunda "Sumqayıt" futbol komandası səfərdə "Simurq"un qonağı olub. "Sumqayıt" klubunun mətbuat xidmətindən bildirilib ki qarşılaşmada 2:0 hesabı ilə öndə olan Aqil Məmmədovun komandası qələbə hesabını qoruya bilməyib və görüşdən 2:3 hesablı məğlubiyyətlə ayrılıb.

Oyun bitəndən sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov bunları dedi: "İki fərqli hissə izlədik. Komandam ilk hissədə daha yaxşı oynadı. Üstünlük bizdə idi. Amma ikinci hissədə səhvlər etdik".

"Simurq"un baş məşqçisi Georgi Çixradze isə görüş barədə fikrini belə ifadə etdi: "Biz birinci hissədə oynaya bilmədik. İlk 45 dəqiqə ağır keçdi. Ardıcıl oyunlarda qeydə alınan məğlubiyyətlər futbolçularımıza pis təsir etmişdi. Fasilədə oyunçularla söhbət etdim, dəyişikliklərə getdik. Mən oyunçuları fasilədə yenidən oyuna köklədim. Futbolçular bu qarşılaşmada xarakter göstərdilər. Biz qara zolaqda idik. Amma "Sumqayıt" üzərində qazanılan qələbə ilə bu uğursuzluğa son qoyduğumuzu düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə