Oktyabrın 1-də Bakıda şahmat üzrə FİDE-nin Qran-Pri seriyasına start veriləcək. SİA-nın məlumatına görə, turnirin açılış mərasimi saat 19:30-da Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində keçiriləcək. Mərasimdə FİDE prezidenti Kirsan İlyumjinov, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi, dövlət və hökumət nümayəndələri, eləcə də şahmatçılar iştirak edəcəklər.
Qran-Prinin ilk turu oktyabrın 2-də saat 15:00-da start götürəcək. Turnirin bütün partiyaları yarışın rəsmi saytı vasitəsi ilə canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB