Dorinel Munteanu: “Çox pərt olmuşam”

Dorinel Munteanu: “Çox pərt olmuşam”

Topaz Premyer Liqasının 7-ci turunun "Qəbələ" - "Xəzər Lənkəran" oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Dorinel Munteanu qarşılaşma barədə fikirlərini bildirib. O, matça qələbə üçün çıxdıqlarını qeyd edib: "Biz oyuna qələbə qazanmaq üçün çıxmışdıq. Oyuna yaxşı köklənmişdik. Hər şey yaxşı gedirdi, qol vurduq. Lakin qol vurduqdan sonra köklənmə ilə bağlı problem oldu. Daha sonra rəqib səhvimizdən yararlanıb, qapımıza yol tapdı. İki xal itirdiyimizə görə çox pərt olmuşam".

Bütün xəbərlər Facebook səhifəmizdə