Bu gün futbol üzrə Topaz Premyer liqasının yeddinci turu çərçivəsində növbəti oyunlar keçirilib. Bakıdakı "AZAL Arena" stadionunda
"AZAL" və "İnter" komandaları qarşılaşıblar. Baş hakim Elvin Əsgərovun idarə etdiyi görüş 1:1 hesabı ilə yekunlaşıb.
"Bakı" futbol klubunun təlim-məşq bazasının stadionunda eyni adlı komanda "Araz Naxçıvan" klubu ilə görüşüb.
Baş hakim İnqilab Məmmədovun idarə etdiyi oyunda paytaxt komandası rəqibini 2:1 hesabı ilə məğlub edib. Beləliklə, "Bakı" cari mövsümdə ilk qələbəsini qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB