“Baku Open - 2014” şahmat festivalında V turun oyunları keçirilib
"AF-Hotel"də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının növbəti ildönümünə həsr olunan "Baku Open-2014" Beynəlxalq şahmat festivalı davam edir. 22 ölkədən təqribən 250 şahmatçının, o cümlədən 30 beynəlxalq qrossmeysterin, 19 beynəlxalq ustanın və 11 FİDE ustasının iştirak etdiyi yarışlar "A" və "B" qruplarında İsveçrə sistemi üzrə keçirilir.
Beş turdan sonra "A" qrupunda 4,5 xal toplayan qrossmeyster Andrey Barişpolets liderlik edir. Aleksandr Areşşenko (hər ikisi Ukrayna), Vladislav Artyomov, Ernesto İnarkiyev (hər ikisi Rusiya), Aleksandr Donçenko (Almaniya) və Konstantin Lupulesku (Rumıniya) liderdən yarım xal geri qalırlar. Azərbaycanlı qrossmeyster Namiq Quliyev geridə qalan on şahmatçı arasındadır. Azərbaycan təmsilçiləri Nicat Məmmədov və Zaur Məmmədov hərəyə 3 xal toplayıblar.
Şahmat festivalının ümumi mükafat fondu 50 min ABŞ dollarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB